SON DƏQİQƏ

20 ildir köhnəlməyən karyera məsləhətləri

Tarix:

25-05-2019, 19:20

/ 1 963 dəfə oxundu.
20 ildir köhnəlməyən karyera məsləhətləri

Bu məsləhətlərdən bir neçəsini GunAz.az sizlərə bildirir..

1996-ci ilin yayında mən kolleci bitirəndən sonra  Vaşinqton D.C-də texnologiya qeyri-hökumət təşkilatında təcrübə proqramına baş vurdum.

O vaxtdan etibarən mən ancaq satış sahəsində çalışdım və gözləntilərimin nə olduğunu belə bilmədim. Mən atamdan və professorumdan məsləhət almaq qərarına gəldim. Həmin məsləhətdən 20 il keçsə də hələ də bələdçilik edir.

Tanıdığını adamlara görə şans qapıları üzünüzə açılır

90-ci illərin sonlarında fiziki qapılar virtual qapıdan çox idi, lakin konsept eynidir. Bir işə baş vurarkən və ya bir kəslə ünsiyyətə keçərkən nəsə bir tanış sima və ya ortaq bir cəhət axtarmağa başlayırsınız, bunun sizin şansınızı artıracağını düşünürsünüz. Bu gün sosial şəbəkələrin sayəsində bizim geniş əhatəmiz var, amma yenə də dərin və üzbəüz münasibət qurmaq böyük əmək sərf edir.

Öz çevrənizi genişləndirərkən, kontaktları da saxlamağı unutmayın.

20 ildir köhnəlməyən karyera məsləhətləri

 

Bir insanla tanışlıq o vaxt boş vaxt itgisi olmayacaq ki, siz o insanla mütəmadi əlaqə saxlayıb özünüzü ona xatırladırsınız.90-cı illərdə əgər mən keçmiş rəhbərlərimə, iş yoldaşlarıma bayram təbrikini poçt ilə yazıb göndərirdimsə və ya telefonla zəng edib deyirdimsə, indi bütün bunlar hamısı LinkedIn şəbəkəsində toplaşıb.

Yeni mühitdə məqsəd qaynayıb-qarışmaqdır

Hər bir şirkətin öz daxili qaydaları olur. Önəmli olan odur ki, getdiyin hər yeni mühiti olduğu kimi qəbul edib, ona uyğunlaşmaq üçün əlindən gələni edəsən. İşə tez adaptasiya olmaqda bu yanaşma çox tardımcı olur.

İşinə uyğun geyin

90-ci illərdə işdə geyim tərzi nə qədər önəmliydisə bu gün də elədir. Yəni bu gün iş yerinə əgər müdiriniz cins şalvarda Hollister köynəkdə gəlirsə bu o demək deyil ki, necə gəldi geyinib gəlməlisiniz iş yerinə.  Unutmayın ki, geyiminiz sizin xarakteriniz barədə bir işarədir.

Sadə olun və hər bir tapşırıqdan nəsə öyrənməyə çalışın

90-cı illərdə əgər müdiriniz sizə desə ki, mənə kofe gətir və hansısa sənədin kopyasını çıxar, bunu sevə-sevə edərdiniz. Hazırda gənclər bunu özlərinə sığışdırmasalar da, əslində insan psixologiyası dəyişməz olaraq qalır. Yəni indi də müdirlər bənzər istəklər edir və qarşılığını təbəssümlə verən işçilərə dostca münasibət qurur.

 

Uğur heç də həmişə təşəbbüsdən yaranmır, dəyər və görüntü də uğura aparır

Karyeramın ilk illərində mən vaxtımı heç kimin diqqət etmədiyi işlərə sərf edirdim. Menecerlərim mənim gördüyüm işlərin ümumi işə necə təsir etdiyini görməyincə mən qabağa gedə bilmirdim. Sonradan anladım ki, şirkətdə uğurlu işçi həm də şirkətə dəyər qatandır, bir istiqamətdə deyil, çox istiqamətdə düşünə biləndir.

Yanlış yanaşma sənin karyerana zərbə vura bilər

İşdə təmkini qorumaq vacibdir, xüsusən də 21-ci əsrdə şirkətlər daha qloballaşıb. Belə böyük şirkətlərdə çalışmaq da təmkin tələb edir, tez özündən çıxmaqla sən heç nə əldə etməyəcəksən. İşinə fokuslanmaqla, ətrafda baş verənləri soyuqqanlı qarşılamağı bacarmaq lazımdır.

Şirkətin maliyyələşdirdiyi təlim proqramlarından istifadə etməyə çalışın

Hər bir şirkət kollektivini inkişaf etdirmək üçün təlimlər keçirməlidir və ya belə təlimlərə maliyyə ayırmalıdır. Ötən əsrdə insanlar Deyl Karneginin kurları kimi çoxsaylı özünü inkişaf etdirmə təlimlərinə qatılırdı. Bu gün bu məsələ aktivdir. İnsanlar şirkət hesabına təlimlərə qatılmalı və bu həm şirkətin ona verdiyi dəyər deməkdir, həm də bir fürsətdir.

Əgər sirr saxlamaq istəyirsinizsə, heç kimə deməyin

 

İş yerində qeybet etmək, sirr paylaşmaq çox böyük yanlışdır. Müdirlər də belə insanlardan ona görə ehtiyat edirlər ki, düşünürlər ki, əgər şirkət daxilində bir gizli məlumat yayılarsa bu məlumat digərlərinə də asanlıqıa gedib çata bilər. Məsələn, rəqib şirkətə.

Başqalarının vaxtına hörmət edin

Və ən əsas bir məqama gəlib çıxdıq, başqalarının vaxtına hörmət etməyi bacarmalısınız. Nə qədər də indi texnologiya sürətlə inkişaf etsə də, iş texnikiləşsə də insanlar yenə də vaxt tapa bilmirlər. Vaxt bölgüsü də dəyişib artıq. Çalışın vaxtı idarə etməyi yaxşı bacarasınız ki, işinizdə də uğur qazanasınız. 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ