SON DƏQİQƏ

Qeyri-sağlam qidalar ölümə səbəb olur

Tarix:

15-05-2019, 20:14

/ 259 dəfə oxundu.
Qeyri-sağlam qidalar ölümə səbəb olur

Vaşinqton Universitetinin alimləri artıq duz qəbulu və lazımi səviyyədə bütövdənlilər, meyvə-tərəvəz qəbul etməməyin hər il 11 milyon nəfərin ölümü ilə nəticələndiyini müəyyən edib.

Axşam.az xəbər verir ki, bu barədə elmi məqalə “Science Alert” jurnalında dərc olunub.

Tədqiqatçıların hesablamalarına görə, qeyri-sağlam qidalanma tütün məmulatlarından daha çox can alır. Gündəlik qida rasionunda normadan artıq natriumun (duz tərkibində) yer alması üç milyon nəfərin həyatına son qoyur.

Bütövdənlilərin normadan az qəbulu üç milyon, meyvə-tərəvəzin isə lazımi səviyyədə qəbul olunmaması ildə iki milyon nəfərin ölümü ilə nəticələnir. Alimlər müəyyən edib ki, balanslaşdırılmamış qidalanma ürək-damar xəstəlikləri, xərçəng və diabet riskini əhəmiyyətli dərəcədə artırır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ