SON DƏQİQƏ
» » Gələn aydan müharibə veteranlarına Prezident təqaüdü veriləcək

Gələn aydan müharibə veteranlarına Prezident təqaüdü veriləcək

Tarix:

25-03-2019, 21:44

/ 10 392 dəfə oxundu.
Gələn aydan müharibə veteranlarına Prezident təqaüdü veriləcək

Prezident İlham Əliyevin 2019-cu il fevralın 25-də imzaladığı sərəncamda müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən GunAz.az-a verilən məlumata görə, sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq. 

Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir. Qeyd olunan təqaüdün ödənilməsi üçün il ərzində əlavə 80 milyon manat əlavə vəsait ayrılacaq. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ