SON DƏQİQƏ
» » Prezidentlə görüşdə ən çox bu haqda danışıldı – Xalq artisti

Prezidentlə görüşdə ən çox bu haqda danışıldı – Xalq artisti

Tarix:

2-03-2019, 23:06

/ 10 289 dəfə oxundu.
Prezidentlə görüşdə ən çox bu haqda danışıldı – Xalq artisti

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə mədəniyyət xadimlərinin görüşü zamanı efirlədə musiqi proqramlarının vəziyyətindən danışdıq.

Bu sözləri Kult.az-a açıqlamasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib. O, prezidentin Azərbaycan mədəniyyətinə və mədəniyyət xadimlərinə göstərdiyi diqqətdən danışıb:

“Prezident bizi qəbul etdi, tədbir çox yüksək səviyyədə keçdi. Ölkə başçısı hamıya çox diqqətlə qulaq asdı. Çıxışlar bitdikdən sonra hər kəsə bir-bir cavab verdi. Hesab edirəm ki, çox səmimi və məhsuldar bir görüş oldu. Fəxr edirik ki, bizim belə prezidentimiz var. O, hər dərdimizə şərikdir, problemlərimizi həll etməyə hazırdır. Prezident İlham Əliyev hər zaman mədəniyyətə və incəsənətə çox böyük dəstək verib. Biz görüşdə təqaüdlər haqqında danışdıq. Bilirsiniz ki, neçə illər idi Bəstəkarlar İttifaqının binası olmadığına görə biz yurdsuz-yuvasız qalmışdıq. Çox sağ olsun, prezidentimiz Xaqani küçəsindəki binamızı qaytardı, açılışında iştirak etdi. Özü də çıxışı zamanı bunların hamısını qeyd etdi. Heç bir müəssisə deyə bilməz ki, hər şey mükəmməldir. Təbii olaraq bizim də problemlərimiz var. Görüşdə bu problemləri sadaladıq. Ən çox televiziya kanalları haqqında söhbət getdi. Biz istəyirik ki, musiqi proqramları daha zövqlü və yüksək səviyyədə olsun. Bu barədə geniş müzakirələr apardıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ