SON DƏQİQƏ
» » Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı

Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı

Tarix:

27-02-2019, 20:39

/ 10 253 dəfə oxundu.
Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı

Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub.

“Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev  “azxəbər.com”a açıqlamasında bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: “Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.

Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: “Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ