SON DƏQİQƏ
» » Azərbaycan Almaniyaya müalicəvi çay ixrac edəcək

Azərbaycan Almaniyaya müalicəvi çay ixrac edəcək

Tarix:

4-02-2019, 21:30

/ 10 304 dəfə oxundu.
Azərbaycan Almaniyaya müalicəvi çay ixrac edəcək

Azərbaycan Almaniyaya müalicəvi çay ixracına başlayacaq.

İqtisadiyyat Nazirliyindən GunAz.az-a bildirilib ki, yanvarın 18-27-də Almaniyanın paytaxtı Berlində keçirilən “Beynəlxalq Yaşıl Həftə-2019” sərgisi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Belə ki, Azərbaycanın “Herba Flora” şirkəti Almaniyanın “Herbacon GmbH” və Tramontabio” şirkətləri ilə müalicəvi çayların ixracına, “Babək Sirab” ASC şirkəti ilə Qətərin “Dandy Company Ltd” şirkəti isə mineral suların ixracına dair razılığa gəlib.

Qeyd edək ki, sərgidə şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və sair sahələrdə fəaliyyət göstərən 14 Azərbaycan şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ