SON DƏQİQƏ

Sahibkarların NƏZƏRİNƏ!

Tarix:

10-01-2019, 13:15

/ 10 254 dəfə oxundu.
Sahibkarların NƏZƏRİNƏ!

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektlərinə qarşı inzibati tədbirlərin həyata keçirilməsinə, cərimələrin tətbiq olunmasına başlayıb. 

AQTA-dan GunAz.az -a daxil olan məlumat görə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət 2018-ci ilin dekabrın 31-də bitib. Bu müddət ərzində Agentlik tərəfindən sahibkarlıq subyektlərinə dövlət qeydiyyatı ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, bir çox sahibkarlıq subyektləri qeydiyyatla bağlı müəyyən olunmuş vaxt çərçivəsində müraciət etməyib.

Bununla bağlı, qanunvericiliyin tələblərinə uyğun olaraq Agentlik tərəfindən indiyədək qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün müraciət etməyən sahibkarlıq subyektləri barədə inzibati tədbirlərin həyata keçirilməsinə, cərimələrin tətbiq olunmasına başlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış sahibkarlıq subyektləri dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış qida sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti qadağandır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ