SON DƏQİQƏ
» » Qadınlar özlərini necə müdafiə etməlidirlər?

Qadınlar özlərini necə müdafiə etməlidirlər?

Tarix:

29-12-2018, 22:42

/ 10 292 dəfə oxundu.
Qadınlar özlərini necə müdafiə etməlidirlər?

Son dövrlər cibgirlərin hücumuna məruz qalan insanların sayı artmaqdadır. 

Bəs cibgirlərdən necə qorunmaq olar?

GunAz.az bu barədə materialı təqdim edir:

1. Vücudun ən sərt və güclü hissəsi olduğu üçün ən yaxşı silahımız dirsəyimizdir. Cinayətkara qarşı istifadə edə biləcək qədər yaxın olsanız, dirsəyinizi özünümüdafiə aləti kimi istifadə edə bilərsiniz.

2. Oğru sizdən pulqabınızı istəyirsə, verməyin. Bunun əvəzinə pulqabını uzaq bir yerə atmağa cəhd edin. Oğru sizdən çox pulqabına meyil edirsə, sürətlə əks istiqamətə tərəf qaçın.

3. Əgər cinayətkar sizi maşının arxa baqajına bağlayaraq qaçırmağa cəhd edərsə, maşının arxa işıqlarını sındıraraq çıxmağa çalışın. Yaranan boşluqdan əlinizi çölə çıxararaq ətrafdakıların diqqətini cəlb etməyə cəhd edin. Çünki maşının sürücüsü əlinizi görə bilməz, arxadan gələn sürücülər isə sizin çətin vəziyyətdə olduğunuzu başa düşər.

4. Xüsusilə qadın sürücülər alış-verişdən sonra maşınlarına əyləşdikdə hansısa bir işlə məşğul olurlar: çantalarını sahmana salırlar, makiyajlarını yeniləyirlər, pulqabılarını maşındakı yerinə qoyur və alış-veriş qəbzini nəzərdən keçirirlər. Bunu etməyin! Bunu etdiyiniz vaxt oraları özlərinə “məskən” seçmiş cinayətkarlara “şans” yaradırsınız. Onlar maşınınızın arxa oturacağına minib, başınıza silah dayaya bilər. Ona görə maşınınıza minən kimi qapıları kilidləyin və dərhal sürüb gedin.

5. Dayanacaqlarda və ya evinizin önündə nəqliyyat vasitənizə minərkən nəzərə almalı olduğunuz bir neçə tövsiyə: avtomobilə minmədən əvvəl sağınıza, solunuza, arxanıza, eləcə də, maşının ön və arxa oturacaqlarına baxın, ətrafınızı nəzərdən keçirin. Şübhəli davranışda olan insanların olub-olmadığını aydınlaşdırın. Əgər nəqliyyat vasitənizin yanında böyük yük maşını dayanıbsa, siz sürücü qapısından deyil, yan qapıdan minin. Çünki bir çox qatilin bu tip maşınlarla qurbanlarını seçdikləri məlum olub.

Nəqliyyat vasitənizin yanında dayanan və içində yalnız oturan şəxs varsa, siz ən yaxşısı,. gəldiyiniz yerə geri dönün, təhlükəsizlik əməkdaşı varsa, ona avtomobilinizə kimi sizinlə gəlməyi xahiş edin. Ya da şübhəli şəxsin oranı tərk etdiyinə əmin olduqdan sonra avtomobilinizə minə bilərsiniz. Unutmayın ki, təmkinli olmaq peşman olmaqdan daha yaxşıdır. 

6. Qapalı məkanlarda nərdivandan istifadə etmək əvəzinə, liftlərdən istifadə edin. Sakit nərdivanlar, nərdivan altları hər cür cinayət və şiddət hadisələri üçün əlverişli yerlər hesab olunur. Xüsusilə gecələr.

7. Cinayətkar sizi nəzarəti altına almayıbsa, qaçın. Siz qaçarkən vurulma ehtimalınız dörd faizə  bərabərdir. Vurulsanız belə, güllənin öldürücülük ehtimalı daha azdır. Ona görə qaçaraq uzaqlaşın. 

8. Qadınların çox həssas və ya kömək etmək istəyən davranışlara meyilli olduğu həqiqətdir. Bir çox qatil bundan sui-istifadə edir. Əsasən, çoxsaylı qətllər həyata keçirən qatillər ayağı sınmış, çəliyə möhtac, fiziki məhdudiyyətli şəxslər roluna girirlər. Guya avtomobilinə minməyə kömək istəyə bilər və o əsnada qatilin qurbanına çevrilə bilərsiniz. Ona görə qadınlar bu tərz davranışlardan imtina etməlidirlər.

9. Son dövrlər qatillər, oğrular tənha yaşayan qadınların qapıları önünə “ağlayan uşaq” səsli audioyazı qoyurlar. Bu səsi eşidən seçilmiş qurban olan qadın marağından, ya da mərhəmətindən qapını açdığı an hücuma məruz qala bilirlər. Ona görə də belə qadınlar hər hansı qeyri-adi hal və hərəkətlərə qarşı diqqətli olmalı və dərhal kömək çağırmalıdırlar.

10. Bunlardan başqa, alış-verişə getdiyiniz vaxt bütün zinət əşyalarınızı taxaraq çıxmayın.  Ticarət mərkəzlərində zinət əşyaları taxan qadınların cibgirlər tərəfindən izləndiyini unutmayın.

11. Alış-verişdən qayıdarkən tənha yerlərdən keçməyin. Yaşadığınız binaya girərkən, evinizə yaxınlaşarkən izlənib-izlənmədiyinizdən əmin olmaq üçün arxanıza dönüb baxın. Həmçinin, alış-verişlərdən tək dönməməyə çalışın.

12. Mənzilinizin elektrik, su, telefon, qaz təchizatını yoxlamaq məqsədilə təmir adı ilə gələn insanlara inanıb dərhal qapını açmayın. Rəsmi nümayəndə olub-olmadıqlarını dəqiqləşdirdikdən sonra qapını aça bilərsiniz. Qonşuları xəbərda edib, kömək çağıra bilərsiniz.(Oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ