SON DƏQİQƏ

QAZI YENƏ KƏSDİLƏR...

Tarix:

19-12-2018, 09:46

/ 10 600 dəfə oxundu.
QAZI YENƏ KƏSDİLƏR...

 

Hidayət Elvüsal

Qazkəsən idarənin adına Azəriqaz dedilər

Qış gələndə eyləyir millətə naz-qoz dedilər.

Düzüldülər ekrana:-Soyuqdan-zaddan qorxmayın,
Durbamız, şotçikimiz, zapçastımız saz dedilər.

Dedikləri olmayır,qaldıq titrəyə-titrəyə,
Biz dözümlü millətik,dözün,gələr yaz dedilər.

-Deyirdiniz ki,qışa tam hazırıq,nə oldu bəs?
-Biz yuxu danışmışıq,sən tərsinə yoz,-dedilər.

Erməni kilsələri Gürcüstanda hamam kimi,
İndi də qazımıza haylar olub paz dedilər.

"Erməni" deyən kimi dost-tanış ağartdı gözün,
-O yerlərə toxunma,canın yanar, cızzz,-dedilər

Titrəyirəm,donuram,amma daha mumlamışam,
Qorxudub sus dedilər, düz dedilər,az dedilər.

.
Gördüm ki,şillə-təpik,kəllə-filan göydə uçur,
-Ağıllan, "Yeni-yeni zirvələrə"...yaz dedilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ