SON DƏQİQƏ
» » "Ətrafa buraxılan tüstüdən ən çox əziyyət çəkən sakinlərdir"

"Ətrafa buraxılan tüstüdən ən çox əziyyət çəkən sakinlərdir"

Tarix:

1-12-2018, 13:49

/ 10 746 dəfə oxundu.
"Ətrafa buraxılan tüstüdən ən çox əziyyət çəkən sakinlərdir"

 

 

Elnur Vəliyev: «Tüstü və yeməyin qoxusunun ətrafa yayılmaması üçün müasir qurğular və filterlər quraşdırmışıq»

 

Bu günlərdə Bakının Nizami rayonunun 8 km qəsəbəsində yerləşən “Rich Palace” (Zəngin saray) şadlıq sarayında toy şənliyində olduq. Səliqə-səhmanla bəzədilmiş sarayda xidmət yüksək səviyyədə olmaqla yanaşı, bişirilən xörəklər də təmiz və keyfiyyətli idi. Tanınmış müğənnilər toya dəvət olunmuşdular. Atəşfəşanlıq, xüsusi rəqs qrupu, peşəkar musiqiçilərin çıxışı qonaqlarda xoş ovqat yaratdı.

Ertəsi gün həmin şadlıq sarayı ilə maraqlanıb, daha yaxından tanış olmaq istədik. Şadlıq sarayının icraçı direktoru bizi mehriban qarşıladı. Elnur Vəliyev Qərbi Azərbaycanın Göyçə mahalının Güney kəndində ziyalı ailəsində anadan olub. Ali təhsilli icraçı direktor uzun illərdir ki, iaşə sahəsində çalışır:

- Elnur müəllim, Bakıda şadlıq sarayları çoxdur. Burada vətəndaşları daha çox cəlb edən hansı yeniliklər var?

- Hər bir restoran sahibi istəyər ki, toya gələn qonaqlar və toy sahibləri razı qalsınlar. Biz də işimizi elə qurmuşuq ki, bütün xidmətlər yüksək səviyyədə olsun. Şadlıq sarayı iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə banket zalı, ad günləri, xınayaxdı mərasimləri keçirilir. Hər iki mərtəbənin foyesində müxtəlif xidmətlər göstərilir. Fotozonada xüsusi guşə yaradılıb. Hər kəs şəkil çəkdirir və bu da insanlarda xoş ovqat yaradır. Bütün müğənnilərin dəvəti şadlıq sarayınn hesabınadır. Bəylə-gəlini şadlıq sarayının avtomobili toy şənliyinə gətirir və həmin avtomobillə də evlərinə yola salırıq. Bəylə-gəlin zala daxil olarkən, eləcə də tortkəsmə mərasimində təşkil olunmuş təkrar atəşfəşanlıq da şadlıq sarayı tərəfindən hədiyyə edilir.

Fərqi yoxdur toyu hansı qiymətə razılaşırıqsa, xınayaxma mərasiminin xərclərini də öz üzərimizə götürürük ki, bu da toy sahiblərinə bir köməkdir."Ətrafa buraxılan tüstüdən ən çox əziyyət çəkən sakinlərdir"

- Ötən toy şənliyində dediklərinizin canlı şahidi olduq. Sadə vətəndaşları ən çox maraqlandıran da qiymət məsələsidir.

- Əlbəttə ki, bura gələn vətəndaşları həmişə razı salmışıq. Menyudan asılı olaraq münasib qiymətlər olduğu üçün çoxları istəyər ki, bu şadlıq sarayında övladlarının, qohumlarının, dostlarının toy mərasimlərini keçirsinlər. Böyük zalda 200 nəfərdən 400-450 nəfərə qədər tutumu olan geniş və yaraşıqlı zalda hər cür şərait yaradılıb.

- Biz ət məhsulları, salat hazırlanan mətbəxlə tanış olarkən səliqə-səhmanın, təmizliyin şahidi olduq. İşçilərə hansı şərait yaradılıb?

- Gördüyünüz kimi mətbəximiz açıqdır. Hər kəs maraqlana bilər. Əvvəla onu deyim kimi işə qəbul olunan hər bir işçidən sağlamlıq haqqında arayış tələb olunur. Ət və yeyinti məhsulları alarkən, həkimdən arayış alınır, malların sertifikatına xüsusi fikir verilir və ciddi nəzarət olunur.

- Bəs toydan qalan yeməkləri necə edirsiniz? Bəzi şadlıq saraylarında köhnə yeməklər təkrar işlədilir ki, bu da müxtəlif zəhərlənmələr və xoşagəlməz hallara səbəb olur.

- Düzünü deyim ki, şadlıq saraylarını işlədənlər istəməz ki, müştərilərini itirsinlər və ya narazılıq olsun. Toydan qalan xörəklər qablaşdırılır, gəlin və bəyə sovqat olaraq göndərilir. Lakin salatların tərkibində mayonez olduğu üçün onu çox saxlamaq olmaz. Odur ki, salatlardan həmin gün toyda istifadə olunduqdan sonra dərhal atılır və zərərsizləşdirilir.

- Elnur müəllim, bir neçə ay əvvəl Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq sarayları və restoranlardan havaya atılan tüstü və qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barədə qanuna müvafiq tədbirlər görülmüş və ciddi xəbərdarlıq edilmişdir. Onu da qeyd edim ki, Bakıda atmosferi çirkləndirən şadlıq saraylarının adları da açıqlandı. Sevindirici haldır ki, rəhbərlik etdiyiniz “Rich Palace” şadlıq sarayının adı o siyahıda yox idi…

- Əlbəttə ki, çox aktual, hər kəsi düşündürən sualdır. Ətrafa buraxılan tüstü və bişirilən yeməyin qoxusundan ən çox əziyyət çəkən sakinlərdir. Odur ki, atmosferin təmizliyini qorumaq üçün görülən tədbirlər olduqca vacib və ürəkaçandır. Biz əvvəldən öz işimizi günün tələbləri səviyyəsində qurmuşuq. 10 ildən artıq fəaliyyət göstərdiyimiz dövrdə heç bir narazılıqla üzləşməmişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının birgə apardıqları monitorinq nəticəsində əksər şadlıq saraylarında, ictimai iaşə obyektlərində təcili tədbirlər görüldü. Biz də öz növbəmizdə tüstü və yeməyin qoxusunun ətrafa yayılmaması üçün müasir qurğular və filterlər quraşdırdıq. "Ətrafa buraxılan tüstüdən ən çox əziyyət çəkən sakinlərdir"Problemi təcili həll etdik ki, insanlara və təbiətə ziyan vurulmasın.

- Burada heç xeyriyyə tədbirləri keçirilirmi?

Əlbəttə, biz ehtiyacı olan imkansız ailələrə, tənha qocalara və valideyn himayəsindən məhrum olmuş uşaq evlərinə də xörək göndəririk. 2018-ci ilin noyabr ayında 1 saylı uşaq evində böyümüş Yalçın Abbasovun toyunun əsas xərcini də biz öz üzərimizə götürdük. Yeri gəlmişkən onu da deyim ki, dekabr ayının 3-də qan xərçəngindən əziyyət çəkən insanlar üçün xeyriyyə konserti verəcəyik. Sizi də, həmkarlarınızı da bu tədbirdə iştirak etməyə dəvət edirik. Şəhid ailələrinə, imkansız insanlara hər zaman diqqət və qayğı göstəririk. Axı, torpaqlarımızın 20 faizi işğal altındadır. Biz özümüz də Qərbi Azərbaycandan 1988-ci illərdə erməni quldurlarının işğalçılıq siyasəti və vəhşiliyi nəticəsində dədə-baba torpaqlarımızdan qaçqın düşərək məhrumiyyətləri öz gözlərimizlə görmüşük. İnsanlar bir-birlərinə mərhəmət hissi ilə yanaşmaldırlar. Biz istəyərdik ki, teleseriallar çəkilsin, televiziya əməkdaşları ilə, jurnalistlərlə mütəmadi əlaqələrimiz olsun. İnsanlarımız hərtərəfli maariflənsinlər. Hər birimizin yeganə arzusu isə Qarabağımızın yağı tapdağından azad olmasıdır. Dövlətimiz, ordumuz günü-gündən güclənir. Hər tərəf gözəlləşir. Bu gözəlliyi qorumaq insanların rahatlığını, onların istirahətini təmin etmək, mədəni xidmət göstərmək bizim vətəndaşlıq borcumuzdur.

 

Müsahibəni hazırladı: Rauf İLYASOĞLU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ