SON DƏQİQƏ
» » Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi

Tarix:

28-11-2018, 14:28

/ 10 340 dəfə oxundu.
Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyindən GunAz.az -a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 27-də rayon ərazisində birgə keçirdikləri reydlər nəticəsində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satdıqlarına görə 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ