SON DƏQİQƏ

İstirahət günlərinin HAVA PROQNOZU

Tarix:

21-09-2018, 18:18

/ 10 277 dəfə oxundu.
İstirahət günlərinin HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentihəftə sonu səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən GunAz.az-a bildirilib ki, Böyük və Kiçik Qafqazda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 23-28, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astarabölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, sentyabrın 23-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-nın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, sentyabrın 23-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Paytaxtqonaqlarının isə nəzərinə çatdırırıq ki, sentyabrın 22-si gündüz, 23-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-28 dərəcə isti təşkil edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ