SON DƏQİQƏ
» » Azərbaycanda fiziki və əqli qüsurlu uşaqların sayı artıb

Azərbaycanda fiziki və əqli qüsurlu uşaqların sayı artıb

Tarix:

5-09-2018, 20:50

/ 10 356 dəfə oxundu.
Azərbaycanda fiziki və əqli qüsurlu uşaqların sayı artıb

2017-ci ildə Azərbaycanda zəif görən uşaqların sayı 20 744 nəfər olub.
Dövlət Statistika Komitəsindən GunAz.az-a verilən məlumata görə, 2016-cı ildə isə bu rəqəm 16 662 nəfər olub. Həmçinin ötən il Azərbaycanda kar uşaqların sayı 1 358 nəfər (2016-ci ildə 1352), zəif eşidən uşaqlar 3 287 (2016-ci ildə 2849), kor olan uşaqlar 794 (2016-ci ildə 709) nəfər olub.
2017-ci ildə əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar 5 620 (2016-cı ildə 5225), nitqi qüsurlu olan uşaqlar 6 285 (2016-cıp ildə 5008), poliomielit və serebral iflic qalığı olan uşaqlar 4 455 (2016-cı ildə 4074), Skoliozlu (onurğa sümüyünün əyilməsi xəstəliyi olan uşaqlar 5 219 ( 2016-cı ildə 4545) nəfər olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ