SON DƏQİQƏ

Millət vəkilindən çağırış...

Tarix:

4-09-2018, 22:55

/ 10 299 dəfə oxundu.
Millət vəkilindən çağırış...

 

“Nuri Paşaya vəfa borcumuzu göstərmək üçün bir abidə qoyulmadı”

 “11 gündən sonra müstəqil Azərbaycanımızın paytaxtı Bakının düşməndən azad edilməsinin 100 illiyi tamam olur. Bu tarix, bizim üçün Rusiyanın möhtəşəm tarix olaraq hazırda qeyd etdiyi və bizim də rəsmi bayram kimi tanıdığımız 9 may Qələbə günündən daha əhəmiyyətli bir tarixdir. Təsəvvür edin ki, Bakı həmin məqamda düşmən əlində qalmış olsaydı, bu gün fərqli statusa sahib bir şəhər kimi başqa qüvvələrin yeminə çevriləcəkdi. Bakısız hansı şəkildə Azərbaycandan söhbət gedə bilərdi ki?..” “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili Fazl Mustafanın sözlərinə görə, göz bəbəyimiz Bakını məhz Nuri Paşanın komandanlığı altında türk əsgəri xilas edib və Azərbaycana qaytarıb. Həm də 31 mart soyqırımının qisasını da erməni vəhşilərindən alaraq millətimizin şərəfini qoruyub: “100 il yubiley tarixidir, bu şərəfli tarixi xatırladacaq bir film çəkilmədi, Nuri Paşaya vəfa borcumuzu göstərmək üçün bir abidə qoyulmadı, 15 sentyabr Bakının Qurtuluş Günü olaraq rəsmi bayram sayılmadı. Həttə indiyədək Bakıya sevginin əlahiddəliyini göstərmək üçün şeir yazıb-mahnı bəstələyənlər də Bakını ancaq xəzri və ya gilavarla, qara və ya ağ şanı ilə tanıtmağa çalışdılar, halbuki, Bakının tanıtımını, ən dəyərli şərəf tarixini məhz bu qurtuluş günündən başlamaq lazım idi. Heç olmazsa öz ölkəsinin müstəqilliyinə dəyər verən və şəhid türk əsgəri qarşısında vəfa borcunu anlayan insanlar fərdi qaydada da olsa 15 sentyabr günü Şəhidlər Xiyabanında Türk əsgərinin xatirə kompleksini ziyarət edərək bu tarixin millətimiz üçün önəmini göstərsinlər. Bu, Türkiyə ilə qardaşlığımızda səmimiliyi ortaya qoymaq üçün də ən uyğun fürsət sayıla bilər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ