SON DƏQİQƏ

Bakıdakı bu mərkəzdən dünyada yoxdur - Naşir

Tarix:

2-09-2018, 08:40

/ 10 273 dəfə oxundu.
Bakıdakı bu mərkəzdən dünyada yoxdur - Naşir

Mən çox kitab yarmarkalarında iştirak etmişəm, hansı ölkəyə getsəm, mütləq kitab dükanlarına baş çəkirəm, amma Bakı Kitab Mərkəzi kimi gözəl, geniş, yaraşıqlı, işıqlı, havalı, kitab dükanı görməmişəm.

GunAz.az xəbər verir ki, bu sözləri “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu ötən gün Bakı Kitab Mərkəzinin ictimaiyyət üçün açılış mərasimi ilə bağlı təəssüratında yazıb. Ş.Xuduoğlu “Malakan bağı”nın yanında yerləşən Kitab Mərkəzinin Travmatologiya İnstitutunun əvvəlki binasında qurulduğunu diqqətə çatdırıb:

“Travmatologiya İnstitutunun yerləşdiyi binanın çöl divarları saxlanılmaqla içərisi tam fərqli şəkildə, yüksək bir zövqlə yenidən qurulub. Döşəmə, divarlar, tavan, istifadə olunan rənglər, materiallar; bütün bunların ahəngi adamı Bakının keçmişinə aparır - sirli və möcüzəli bir məkana. Bu sirli, tarixi binanın müasir kitabın ixtiyarına verilməsi mənə görə son illərin ən əlamətdar hadisəsidir.

İçəridə oxucu üçün bütün şərait qurulub, azyaşlı uşaqlar üçün ayrıca guşə yaradılıb; kitabxana xidməti – yerindəcə kitab götürüb oxumaq olar; kompüter və internet xidməti pulsuzdur – ayrıca masalarda kompüterlər oxucuların istifadəsində olacaq. Eləcə də çay və kofe məkanı.

Kitab müzakirələri, təqdimatları keçirmək üçün də əla şərait yaradılıb.

İnanıram ki, bu mərkəz Azərbaycan kitab mədəniyyətinin inkişafında yeni mərhələ olacaq. Bu əvəzsiz töhfədən gələcək nəsillər layiqincə faydalana biləcək. Buraxdığımız kitabların oxucuya təqdimatında biz naşirlərə də böyük dəstək olacaqdır.

Kitab mərkəzinin yaradılmasında əməyi keçən hər kəsə ürəkdən təşəkkür və təbriklərimi çatdırıram. İnanıram ki, Günel xanımın açılışla bağlı yaşadığı həyəcan həm də cəmiyyətimizin kitaba biganəliyi ilə bağlıdır və təbilidir.

Bir daha naşirləri, kitabçıları, yazarları ürəkdən təbrik edirəm”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışını 28 avqustda Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva edib.(Kult.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ