Bakıda ağacları "obyektə mane olur" deyib belə doğradılar (VİDEO)

Bakı şəhəri, Nəsimi rayonunda ağacların kəsilməsi faktı baş verib.
GunAz.az xezerxeber.az-a istinadən bildirir ki, ehtimal edilir ki, ərazidə açılan yeni obyektə girişi rahatlaşdırmaq üçün həmin ərazidə 3 ağac kəsilib. Artıq polis ağacları kəsən şəxsin axtarışına başlayıb.
Hündür ağaclar elektrikli mişarla kəsilib, sonra hissələrə bölünərək orta tutmlu yük maşının arxasına qoyularaq üstü bağlanılıb. Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsində yaşayan 22 saylı binanın sakinləri hadisənin görüntüsünü də çəkblər. Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl onların binalarının qarşısında 3 ağac kəsilib. Onlar iddia edir ki, ağacların kəsilməsində məqsəd binanın birinci mərtəbəsində yeni açılan obyektin qarşısını açmaq olub.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun verdiyi açıqlamaya görə, artıq həmin ərazidə ağacları kəsənin tapılması üçün polisə müraciət edilib. Yaşıllaşdırma Təssərüfatı Birliyinə orada yeni ağacların əkilməsi üçün göstəriş verilib və yaxın zamanda həmin ərazidə yeni ağaclar əkiləcək.
скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]