SON DƏQİQƏ
» » Elmar Vəliyevin son vəziyyəti ilə bağlı AÇIQLAMA

Elmar Vəliyevin son vəziyyəti ilə bağlı AÇIQLAMA

Tarix:

17-07-2018, 15:24

/ 10 770 dəfə oxundu.
Elmar Vəliyevin son vəziyyəti ilə bağlı AÇIQLAMA

Elmar Vəliyevin sağlıq durumu getdikcə yaxşılaşır. Ümid edirik ki, xəstənin vəziyyəti yaxın vaxtlarda, getdikcə daha da yaxşı olacaq.

GunAz.az  modern-ə istinadla xəbər verir ki, bunu açıqlamasında Elmar Vəliyevi əməliyyat edən Türkiyədəki Bağçaşəhər Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türkər Kılıçın köməkçisi Gülşah Öztürk deyib.

Köməkçi bildirib ki, Türkər Kılıç Elmar Vəliyevin səhhəti ilə bağlı tez-tez onun yaxınları və bəzi mənbələrlə əlaqə saxlayır.

"Gəncəyə dəvət edilərkən ilk dəfə Elmar müəllimin beyin əməliyyatını Türkər Kılıç edib. Əməliyyatın nə qədər çəkdiyi və necə keçdiyi barədə isə məlumat verə bilmərik. Hazırda xəstənin harda müalicəsini davam etdirdiyi barədə də məlumatım yoxdur. Onu deyə bilərəm ki, T. Kılıç tez-tez E.Vəliyevin səhhəti ilə maraqlanır və xəstənin sağlıq durumu getdikcə yaxşılaşır".

Qeyd edək ki, Türkiyədəki Bağçaşəhər Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türkər Kılıç iyulun 4-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gətirilib. Türkiyəli həkim elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş başçısı Elmar Vəliyevi əməliyyat edib.

Qeyri-rəsmi məlumatlarda isə Elmar Vəliyevin hazırda İsraildə müalicə olunduğu bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ