SON DƏQİQƏ

Yol polisi sürücülərə müraciət etdi

Tarix:

3-05-2018, 20:59

/ 244 dəfə oxundu.
Yol polisi sürücülərə müraciət etdi

Azərbaycanda elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərin təhlükəsizliyi üçün gücləndirilmiş iş rejiminə keçib.

GunAz.az xəbər verir ki, bunu  açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı  yol polis idarəsi bütün qüvvələrini səfərbər edilib:

"Yollarda nəzarət gücləndirilib. Panikaya səbəb yoxdur. İndiyə qədər olan məlumata görə, hər hansı bir ağır yol qəzası qeydə alınmayıb. Dünən də ağır yol qəzası qeydə alınmayıb. Lakin gecə saat 3-də bir piyadanı maşın vurub".

Vaqif Əsədov qeyd edib ki, işıqforların işləməməsi səbəbindən sürücülər qaydalara özləri riayət etməlidir:

"Qəza hallarının qarşısını almaq məqsədilə sürücüləri son dərəcə diqqətli olmağa çağırırıq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ