SON DƏQİQƏ
» » Polis xidməti rəhbərinin oğlu ilə bağlı qərar – Açıqlandı

Polis xidməti rəhbərinin oğlu ilə bağlı qərar – Açıqlandı

Tarix:

12-06-2018, 10:27

/ 10 329 dəfə oxundu.
Polis xidməti rəhbərinin oğlu ilə bağlı qərar – Açıqlandı

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu Arif Rəhimovunapelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Gunaz.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Arif Rəhimovun apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər apelyasiya şikayətləri veriblər.

İttihama görə, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub, daha sonra idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin “Opel” markalı avtomobinə çırpılıb.

Füzili Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, Arif Rəhimov və 1 sərnişin xəstəxanaya yerləşdirilib.

Arif Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xatırladaq ki, qəzanın səbəbkarı olan Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğludur. Hadisə Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.(Teleqraf.com)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ