SON DƏQİQƏ
» » Xəstə uşaqlar üçün oyun platforması yaradıldı

Xəstə uşaqlar üçün oyun platforması yaradıldı

Tarix:

23-05-2018, 16:08

/ 11 790 dəfə oxundu.
Xəstə uşaqlar üçün oyun platforması yaradıldı

Psixi vəziyyəti yerində olmayan uşaqlara faydalı ola biləcək yeni oyun hazırlanıb.

Gunaz.az publika.az -a istinadən xəbər verir ki, “Mightier” adlandırılan oyun platforması dərman preparatlarından daha effektiv ola biləcək.

Oyun tərtibatçıları bildirir ki, yeni platformanın istifadəsi üçün psixi xəstəlikdən əziyyət çəkən uşaqların qollarına xüsusi qolbaqlar bağlanır. Bunun sayəsində uşaqların nəbzinə nəzarət edilir. Ürək döyüntüləri əsasında uşaqların hansı oyun sisteminə qarşı daha emosional olduqları müəyyənləşir. Onları həyəcanlandıracaq, ürək ritmini sürətləndirəcək oyun platformalarında oynamalarına yol verilmir.

Eyni zamanda tərtibatçılar qrupu bildirib ki, “Mightier” platformasında oyun sessiyası uşağa “Fitbit” və ya “Apple Watch” qurğusunu xatırladır. Uşağın emosional vəziyyəti balanslaşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ