SON DƏQİQƏ
» » Havanı çirkləndirən vəzifəli şəxslər CƏZALANDIRILDI

Havanı çirkləndirən vəzifəli şəxslər CƏZALANDIRILDI

Tarix:

17-05-2018, 20:32

/ 10 274 dəfə oxundu.
Havanı çirkləndirən vəzifəli şəxslər CƏZALANDIRILDI

Neft Emalı Zavodunda texnoloji prosesin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı artıq ETSN tərəfindən  qanunamüvafiq tədbirlər görülüb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qənbərovun Gunaz.az-a verdiyi məlumata görə, zavod  hüquqi şəxs qismində 20 min, sex rəisləri isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib. 
Onun sözlərinə görə, zavodda texnoloji reqlament normalarının gözlənilməsi, əmələ gələn tullantıların qanunamüvafiq idarə olunması, qurğu və avadanlıqlarda modernizasiya işlərinə başlanılması üçün artıq onlara xəbərdarlıq edilib. "Bu işlər görülməzsə yenidən zavoda qarşı qanunamüvafiq tədbirlər görüləcək”, - deyə nazirlik rəsmisi əlavə edib.
Mənbələrdən atılmalara nəzarət etmək məqsədilə elektron monitorinq sisteminin tətbiq olunması ilə bağlı zavod rəhbərliyinə tövsiyələr verilib. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ