SON DƏQİQƏ

Bu marşrut xətləri bərpa edilir

Tarix:

1-05-2018, 08:21

/ 10 362 dəfə oxundu.
Bu marşrut xətləri bərpa edilir

Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar dəyişdirilən bəzi marşrut xətlərinin hərəkət sxemi bərpa ediləcək.

Gunaz.az xəbər verir ki, bu barədə sputnik.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar 01.05.2018 tarixindən əvvəlki rejimdə fəaliyyət göstərəcəklər.

Fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar 01.05.2018 tarixindən sərnişinlərimizə xidmət göstərəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ