SON DƏQİQƏ

İnsanları tanımağın ən asan yolu

Tarix:

29-04-2018, 08:47

/ 10 865 dəfə oxundu.
İnsanları tanımağın ən asan yolu

Bir insanı tanımaq istəyirsinizsə, onunla birlikdə qarışıq çərəz yeyin. 
İnsanları tanımaqda çətinlik çəkirsiniz? Dost-tanışınızdan əmin ola bilmirsiniz? Əslində haqlısınız da. İnsanları tanımaq asan deyil. Amma imkansız da deyil. İndi sizə heç kimdən eşitməyəcəyiniz məsləhətlər verəcəyik. Qadın, kişi fərq etməz. Tanımaq istədiyiniz insanla birlikdə qarışıq çərəz yeyin. 15 dəqiqə müşahidədən sonra hər şey ortaya çıxacaq. Qarşınızdakı insanın düşüncəsiz, tənbəl, acgöz, yoxsa fədakar biri olduğunu asanlıqla biləcəksiniz. 
Böyük ehtimal ki, qarşınızdakı insanın əli ilk olaraq keyşuya uzanacaq. Burada elə bir şey yoxdur. Amma qarşınızdakı insan keyşu yeməyə davam edirsə, hətta ancaq keyşuları seçirsə, deməli o acgöz və düşüncəsizdir. Sizi düşünmür. "Görəsən o da yeyib?” düşüncəsinə heç gərək yoxdur. Məsələn, fikir versəniz, o insan keyşuları bitirdikdən sonra da püstəyə keçəcək. 
 
Qısacası, buradakı ana fikir budur: qarışıq çərəz tabağından çərəzləri seçərək yeyən insanlara güvənmək olmaz. Bu insanlar düşüncəsizdir. 
Qarışıq çərəzi tez-tez yeyən insanlara da güvənmək olmaz. Adama deyərlər, bura söhbətə gəlmisən, ya çərəz yeməyə? Bu insanlara diqqət etmək lazımdır. Onlar gələcəkdə qutuda qalan son şokoladı da tək yeyər. 
Mənim gözümdə isə daha təhlükəli bir tip var. Belə ki, həmin tiplər səhvən əlinə yemək istəmədiyi çərəz keçərsə, "Əşi nolacaq bunu da yeyim” deyə düşünməyin yerinə, həmin çərəzi yerinə atıb sevdiyini götürür. Bax, belə insanlardan hər şey gözləmək olar. Sabah sizdən daha yaxşı birini görərsə, çərəz kimi düşünmədən sizi də ata bilər. Ona görə də uzaq durun onlardan!
Bir də insanlar var ki, əlinə hansı çərəz gəlməsindən asılı olmayaraq yeyir. O insanlarla münasibət qurmağa dəyər. Onlar sizin həmişə yanınızda olar, yaxşı, pis gündə sizi tək qoymazlar.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ