SON DƏQİQƏ

Sabah 21 dərəcə isti olacaq

Tarix:

6-04-2018, 13:25

/ 10 300 dəfə oxundu.
Sabah 21 dərəcə isti olacaq

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gunaz.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18,  Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət  gecə 70-80, gündüz 55-65 faiz  təşkil edəcək.

Rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 5-10, gündüz 15-21, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

Aprelin 9-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ