SON DƏQİQƏ
» » 5 dövlət orqanında işləmək şansı - TƏLƏSİN!

5 dövlət orqanında işləmək şansı - TƏLƏSİN!

Tarix:

6-03-2018, 22:32

/ 10 357 dəfə oxundu.
5 dövlət orqanında işləmək şansı - TƏLƏSİN!

5 dövlət orqanında ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib.

Dövlət İmtahan Mərkəzindən Gunaz.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (130 vakant vəzifə), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (2 vakant vəzifə), Müəllif Hüquqları Agentliyi (10 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyində (1 vakant vəzifə) ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib.

Vakant vəzifələr üzrə sənəd qəbulu 19 mart 2018-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, Maliyyə Nazirliyi (10 vakant vəzifə) və Tarif Şurasının Katibliyində (1 vakant vəzifə) olan vakant vəzifələr üzrə elan edilmiş daxili müsahibələrə sənəd qəbulu yekunlaşıb və müraciət etmiş dövlət qulluqçuları ilə müsahibələr yaxın günlərdə keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ