SON DƏQİQƏ

20 Yanvar faciəmiz...

Tarix:

19-01-2018, 17:04

/ 1 777 dəfə oxundu.
20 Yanvar  faciəmiz...

“20 Yanvar”  faciəsində  qəhramancasına  şəhid  olanları  şərəflə  və  ehtiramla  anırıq.

"Qanlı  20 Yanvar" hadisəsindən  28  il  ötür.  Azərbaycanın  müstəqiliyi  uğrunda  mübarizəyə  qalxan  dinc  əhaliyə   qarşı  keçmiş  sovet  ittifaqının  qoşun  hissələri divan tutmuşdur. 19-dan 20-nə keçən  gecə  saat 23:30 -da   Bakıya  daxil  olmuş  sovet qoşun hissələri  silahlı təcavüz  nəticəsində  yüzlərlə  günahsız  insanları amansızlıqla  qətilə  yetirmişlər. Bir çox  vətəndaşlarmız  yaralanmış  və  itkin  düşmüşdür. Mənzillərə,  avtobuslara, təcilli  yardımlara  belə  atəş  açıblar. Naxçıvan, Lənkaran, Neftçala  və bir  çox  rayonlarmıza  eyni amansızlıqla divan tutularaq  qəhraman  oğullarmızı  itirmişik.

Bu dəşəhtli faciədən  sonra,  azadlıq  uğrunda  canlarından  keçərək  şəhidlik  zirvəsinə  ucalan  qəhramanlarmızın  sayəsində  Azərbaycan  xalqının  necə  mübariz  və cəsarətli  xalq  olduğuna  bütün dünya  bir  daha  şahid  olmuş  oldu.

Bakıda  və  Azərbaycanın rayonlarında qəhramancasına  həlak  olmuş  bütün  şəhidlərmiz  biz gənclər tərəfindən hər zaman şərəflə  və  ehtiramla  anılacaq.

 

Səidə Seyidova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ