SON DƏQİQƏ

Bu gün Ümumdünya Xərçəng Günüdür

Tarix:

4-02-2017, 14:24

/ 5 092 dəfə oxundu.
Bu gün Ümumdünya Xərçəng Günüdür

 Bu gün Ümumdünya Xərçəng Günüdür.
Ümumdünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.
2006-cı ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış "Onkoloji yardım haqqında” Qanun bədxassəli şişlərdən əziyyət çəkən Azərbaycan vətəndaşların pulsuz xüsusi tibbi və sosial yardım alması üçün hüquqi əsas yaradıb, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” isə dövlətimizin təbabətə və Azərbaycan əhalisinin sağlamlığının qorunmasına qayğısının əyani göstəricisidir.
Hər il olduğu kimi, 2017-ci ildə də Milli Onkologiya Mərkəzi tərəfindən Ümumdünya Xərçəng Günü ilə bağlı çoxsaylı maarifləndirmə tədbirlərinin təşkili planlaşdırılıbdır.
Ümumdünya Xərçəng Günü ilə bağlı Bakıda və ölkənin digər yerlərində xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində geniş əhalinin məlumatlılığının artırılması məqsədi ilə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ