SON DƏQİQƏ
» » Məcburi köçkünlərlə “Azərişıq” əməkdaşları arasında dava düşdü

Məcburi köçkünlərlə “Azərişıq” əməkdaşları arasında dava düşdü

Tarix:

1-02-2017, 14:31

/ 1 906 dəfə oxundu.
Məcburi köçkünlərlə “Azərişıq” əməkdaşları arasında dava düşdü

Pirşağıda məcburi köçkünlərin məskunlaşdığı Qızılqum və Gilavar sanatoriyalarında elektrik sayğaclarının quraşdırılması etiraza səbəb olub.
Məcburi köçkünlərlə "Azərişıq” əməkdaşları arasında hətta dava düşüb.
Sakinlər qarlı havada sayğacların quraşdırılmasına etiraz edirlər. Belə ki, hər iki sanatoriyada yeganə istilik mənbəyi elektrik enerjisidir.
Sayğaclar quraşdırılarkən müvəqqəti də olsa, elektrik enerjisi kəsilməlidir. Üstəlik, sayğacların quraşdırılması bir gündə başa çatmayacaq. Bu da bir neçə gün sakinlərin mənzillərini isidə bilməməsi deməkdir.
Sakinlər hava şəraitini nəzərə alaraq sayğacların quraşdırılmasını bir neçə gün təxirə salınmasını tələb edir.
Məsələyə münasibət bildirən "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, onlar qanunun tələbini icra edirlər: "Bizə tapşırılıb ki, bütün məcburi köçkünlərin yaşadıqları mənzilləri sayğacla təmin edək. Əməkdaşlarımız da tapşırığı icra edirlər. Bu vaxtadək bir neçə rayonda sayğaclaşma işi aparılıb, heç bir etiraz da olmayıb”.

Gunaz.az

Məcburi köçkünlərlə “Azərişıq” əməkdaşları arasında dava düşdü

 

Məcburi köçkünlərlə “Azərişıq” əməkdaşları arasında dava düşdü

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ