Tovuzda törədilən qətlin təfərrüatları məlum olub VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub VİDEO
Tovuzda qadın bıçaqlanaraq qətlə yetirilib.
GunAz.az-ın məlumatına görə, rayonun Əyyublu kəndində qeydə alınan hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
29 yaşlı Mətanət Hacızadəni həyat yoldaşı, 32 yaşlı Səbuhi Hacızadənin qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 10 ildir ailəli olan cütlüyün üç oğul övladı var. Səbuhinin ailə üzvləri onun hadisəni törətməzdən bir gün əvvəl xarici ölkələrdən birindən gəldiyini bildiriblər. Gələn gün də evdə uşaqların və həyat yoldaşının fotolarına baxaraq ağlayıb.
Qətlə yetirilən Mətanət Hacıyevanın ailə üzvləri və qohumları isə bildiriblər ki, cütlük arasında mübahisə tez-tez olurmuş. Həyat yoldaşı Səbuhinin xaricdə olmasına və mübahisələrə görə övladları ilə atasının evində yaşayırmış. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
скачать dle 12.1
Geri qayıt