Yeni layihə tıxac problemini həll etmədi VİDEO

Yeni layihə tıxac problemini həll etmədi VİDEO
Bir neçə gün öncə Yerüstü Nəqliyyat Agentliyi paytaxtın Nərimanov rayonu ərazisində - Fətəli Xan Xoyski küçəsində hərəkətin təşkilində dəyişiklik etdiyini açıqladı.
Bu dəyişikliklər  sözügedən yolda sıxlıq və tıxacın qarşısı almağa hesablanmışdı, lakin yayılan görüntülərdən aydın olur ki, icra edilən layihə problemin həlli istiqamətində işə yaramayıb,  əksinə süni tıxaca səbəb olub.
Əhmədbəy Ağaoğlu küçəsi, Vaqif və Atatürk prospektləri istiqamətlərindən gələn 6 hərəkət zolağı bu ərazidə 3 hərəkət zolağı ilə əvəzlənirdi. Nəticədə darboğaz əmələ gəlir və nəqliyyat vasitələrinin hərəkəti çətinləşirdi. AYNA problemi aradan qaldırmaq üçün 3 hərəkət zolağını 4 hərəkət zolağı ilə əvəzlədi.
GunAz.az-ın xəbərinə görə, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, həmin ərazidə radikal dəyişikliyin olması mümkün deyil. Ekspertin sözlərinə görə, TM-yə gələn ziyarətçilər parklanma yerinin girişində növbəyə səbəb olmasın deyə tez yoxlanıb buraxılmalıdır.
Ekspert çıxış yolunu ictimai nəqliyyatın inkişaf etdirilməsində görür.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 
скачать dle 12.1
Geri qayıt