Daha 14 şagirddə koronavirus aşkarlandı
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən bildirilib ki, 13 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 14 şagird və 4 işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçmiş siniflərin sayı isə 2, məktəblərin sayı isə 4-dür.
Əyani təhsilə qaytarılmış siniflərin sayı 5-dir
İndiyə qədər ölkə üzrə 24 məktəb, 52 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.