"Bu nəticə zəhmətimin bəhrəsidir" - MİQ-də 84 bal toplayan namizəd

"Bu nəticə zəhmətimin bəhrəsidir" - MİQ-də 84 bal toplayan namizəd
"İlk dəfə iştirak etdim, 84,25 bal topladım və bu nəticə zəhmətimin bəhrəsidir".
GunAz.az xəbər verir ki, bu sözləri MİQ imtahanında 84,25 bal toplayan namizəd azedu.az-a açıqlamasında bildirib.
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin informatika və riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavr məzunuyam. Magistr təhsilim yoxdur.
Hazırda dövlət məktəbində müəllim kimi fəaliyyət göstərməsəm də, özəl tədris mərkəzlərində çalışıram. Bu, MİQ imtahanında ilk iştirakım idi.
İmtahandan 84,25 bal topladım. Bu nəticəni uzunmüddətli hazırlığımın, gərgin əməyimin və əzmkarlığımın nəticəsi kimi qiymətləndirirəm. 
Əslində, özümdən yüksək nəticə gözləyirdim və bu bala inanırdım. Gələcək fəaliyyətimi Bakı şəhərində davam etdirməyi düşünürəm.
MİQ imtahanına hazırlaşan namizədlərə tövsiyəm odur ki, müntəzəm və planlı şəkildə çalışsınlar. Uğur qazanmaq üçün hər bir mövzu üzərində ayrıca işləmək, daim öz üzərində inkişaf etmək vacibdir".
скачать dle 12.1
Geri qayıt