Bu il təkcə o məzun oldu

Bu il təkcə o məzun oldu
İşğaldan azad edilmiş Ağdam şəhərindəki 1 nömrəli tam orta məktəbin bu il tək məzunu olmaq mənim üçün böyük qürur və xoşbəxtlikdir.
GunAz.az xəbər verir ki, bunu AZƏRTAC-ın bölgəyə ezam olunan müxbirinə öz təəssüratlarını bölüşən məzun Nihad İbrahimov deyib.
O qeyd edib ki, təhsil aldığı məktəbdə dərslər yüksək səviyyədə təşkil olunub, hərtərəfli bilik və bacarıqlar aşılanıb.
“Bundan əvvəl Bakı şəhər 42 nömrəli tam orta məktəbində təhsil almışam. Heç ağlıma da gəlməzdi ki, bir gün öz ata-baba yurdumda məzun olmaq qismətim olacaq. Bu qürurverici günü yaşadığım üçün Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Məhz onun rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi, doğma Ağdam yenidən dirçəldi və biz öz yurdumuzda təhsil almaq, böyümək və məzun olmaq sevincini yaşadıq”, - deyə Nihad İbrahimov əlavə edib.
скачать dle 12.1
Geri qayıt