Milli mətbuat və siyasi fikir tarixinə dair kitab təqdim olunub

Milli mətbuat və siyasi fikir tarixinə dair kitab təqdim olunub
Bakı Avrasiya Universitetində   “Azərbaycanın milli-siyasi fikir və mətbuat tarixi” adlı elmi kitabın təqdimat mərasimi keçirilib.
GunAz.az xəbər verir ki, universitetin Ümumi fənlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Jalə Musa qızı İsmayılovanın bu əsəri Azərbaycan milli siyasi düşüncəsinin formalaşması və mətbuatın bu prosesdəki rolunu elmi əsaslarla araşdırır.
Nəşrdə XX əsrin əvvəllərində formalaşan ideoloji mühit, milli mətbuatın inkişaf xətti və ictimai-siyasi fikir cərəyanlarının cəmiyyətə təsiri geniş şəkildə təhlil olunub. Xüsusilə Əkinçi ənənəsi, Açıq söz qəzetinin rolu və Məmməd Əmin Rəsulzadə tərəfindən formalaşdırılan milli ideya xətti əsas tədqiqat istiqamətləri kimi diqqətə çatdırılıb.
Kitab türkçülük, azərbaycançılıq  ideyalarının qarşılıqlı təsirini və bu ideoloji xəttlərin Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi-intellektual prosesdə rolunu elmi baxımdan şərh edir.
200 səhifədən ibarət nəşr zəngin arxiv materialları və elmi mənbələr əsasında hazırlanıb. Kitabın tarixçi, politoloq və jurnalistlər üçün mühüm elmi mənbə olduğu vurğulanıb.

скачать dle 12.1
Geri qayıt