Magistratura üzrə keçid balları artacaq?

Ekspertlər qeyd edir ki, bu il keçirilən magistraturaya qəbul imtahanının ikinci cəhdi birinci ilə müqayisədə daha asan olub. İştirakçıların nəticələri yüksək qiymətləndirilib.
Bu halda magistratura üzrə ixtisaslara keçid balların artacağı da düşünülür.
GunAz.az Modern.az-a istinadla xəbər verir ki, DİM sədri Məleykə Abbaszadə keçən illə bu il balların paylanması diaqramına baxdıqda nəticələrin təxminən eyni səviyyədə olduğu bildirib:
"Biz bilmirik, hansı plan yerləri magistratura ilə əlaqədar təqdim olunacaqdır. Çünki nazirlər kabinetindən gələn yerlər hələ ki, bakalavriat və orta ixtisas məktəblərinə aiddir. Amma mən gözləyirəm ki, müsabiqə şərtləri ötənilki ilə eyni səviyyədə olacaq", - deyə DİM sədri əlavə edib.