Vahid tələbə kartından narazılıq

“Metro, avtobus üçün endirim yoxdur. Demək olar ki, tələbə kartından istifadə edə bilmirəm. Endirimlər olacaq deyə verilmişdi, amma olmadı”, – Baku TV-nin mövzu ilə bağlı keçirdiyi sorğu zamanı tələbə deyib.
GunAz.az xəbər verir ki, Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, beynəlxalq təcrübədə bu kimi kartlar vasitəsilə tələbələrin büdcəsinə qənaət məqsədilə ilk olaraq ictimai nəqliyyatdan istifadədə güzəştlər tətbiq olunur.
“Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, tələbələrə verilən kartlar onların sosial vəziyyətinin yaxşılaşmasına öz təsirini göstərir. Ən vacib dəstək yeraltı və yerüstü nəqliyyat vasitələrindən istifadə zamanı tələbələrə edilən güzəştlər olmalıdır. Qardaş ölkə Türkiyədə, Cənubi Koreyada, Sinqapurda tələbələrə bu istiqamətdə güzəştlər edilir”, – deyə K.Əsədov bildirib.