Vahid tələbə kartı yaradılır

Bəs vahid tələbə kartı ilə tələbələrə hansı imtiyazlar veriləcək?
GunAz.az xəbər verir ki, məsələ ilə bağlı Təhsilin İnkişafı Fondundan Trend-ə bildirilib ki, layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilə imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması planlaşdırılır.
“Tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Bu imkanlar restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaqdır. Bundan əlavə, kart eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər”, – deyə bildirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədov vahid tələbə kartlarının üstünlüklərini şərh edərkən deyib ki, vahid bir kartdan istifadə olunması, tələbələrin bütün xidmət sahələrində endirimlərdən istifadə eləməsini gətirib çıxaracaq, həmçinin onların öz maliyyə münasibətlərini belə bu kart vasitəsindən həyata keçirə biləcəklər.