SON DƏQİQƏ
» » Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olmaq istəyənlərin nəzərinə

Tarix:

10-06-2020, 16:43

/ 3 243 dəfə oxundu.
Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət Gömrük Komitəsinin Akademiyası 2020/2021-ci tədris ilindən magistratura səviyyəsinə yeni ixtisaslaşma - "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşması üzrə qəbul elan edir. Bununla da, 2020/2021-ci tədris ilində Akademiyada magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə "Gömrük işi” ixtisaslaşmasına, Hüquqşünaslıq istiqaməti üzrə "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmasına qəbul aparılır.

Xatırladaq ki, 2019/2020-ci tədris ilində Akademiyada ilk dəfə magistraturaya qəbul aparılıb. Həmin tədris ilində magistratura səviyyəsinə qəbul Dünya iqtisadiyyatı istiqaməti üzrə "Gömrük işi” və Hüquqşünaslıq istiqaməti üzrə "Beynəlxalq hüquq” ixtisaslaşmaları üzrə həyata keçirilib.

скачать dle 12.1

Şərhlər