SON DƏQİQƏ

Bugünkü imtahanda səhv sual olub?

Tarix:

26-07-2018, 16:40

/ 10 454 dəfə oxundu.
Bugünkü imtahanda səhv sual olub?

Bu gün abituriyentlərin ali məktəblərə qəbulu üzrə növbəti imtahan keçirilib.

GunAz.az xəbər verir ki, Dövlət İmtahan Məktəbi tərəfindən keçirilmiş II ixtisas qrupunda səhv, iki doğru cavabı olan test tapşırığı olub.

Bunu təhsil eksperti Kamran Əsədov iddia edib. O bildirib ki, iki cavabı olan suallardan biri də 91 saylı test tapşırığıdır: “Testin A və C bəndlərinin hər ikisi doğru cavabdır. DİM-in mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir. Burda hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”.

K.Əsədov növbəti səhv testi də yayımlayacağını bildirib.

Bugünkü imtahanda səhv sual olub?

 

скачать dle 12.1

Şərhlər