SON DƏQİQƏ
» » 10-cu sinif şagirdləri üçün keçirilən imtahanın - NƏTİCƏLƏRİ

10-cu sinif şagirdləri üçün keçirilən imtahanın - NƏTİCƏLƏRİ

Tarix:

7-05-2018, 16:45

/ 10 748 dəfə oxundu.
10-cu sinif şagirdləri üçün keçirilən imtahanın - NƏTİCƏLƏRİ

10-cu sinif şagirdləri üçün keçirilən sınaq imtahanında istifadə edilmiş sual kitabçaları və test tapşırıqlarının doğru cavab etalonları yayımlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Gunaz.az-a verilən məlumata görə, sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları ilə burdan tanış ola bilərsiniz.

Hazırda imtahan protokollarının və cavab vərəqələrinin emalı aparılır. Yazılı cavabların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

скачать dle 12.1

Şərhlər