SON DƏQİQƏ
» » Abituriyentlər üçün psixoloji seminar keçirilib

Abituriyentlər üçün psixoloji seminar keçirilib

Tarix:

30-06-2017, 09:31

/ 2 417 dəfə oxundu.
Abituriyentlər üçün psixoloji seminar keçirilib


 

 Qərb Universitetində "Hədəf" kursları ilə birgə "Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda seminar keçirilib.
Tədbirdə Türkiyənin İstinye Universitetinin İnsan Resursları Departamentinin direktoru Eda Ustanın, İstinye Universitetinin rektor yardımçısı Göksel Aşanın, "Loqos” Psixoloji və Nitq Mərkəzinin direktoru Təranə Məmmədovanın, "Üstün zəkalılar” İnkişaf və Psixologiya Mərkəzinin direktoru Aynur Akmeşenin, "Hədəf kursları" MMC-nin baş direktoru Şəmil Sadiqin və Eros Psixologiya Mərkəzinin direktoru Vəfa Əkbərin çıxışları dinlənilib.
Seminarda tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov "İmtahan həyəcanının azaldılması yolları” və Qərb Universitetinin dosenti, İnnovasiyalar Şöbəsinin müdiri Rauf Həsənov "Doğru ixtisas seçimi” mövzularında təqdimatlar ediblər.
Abituriyentlərə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlığın aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzular ətrafında tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ