Daha bir baş nazir qaz üçün Bakıya gəlir

Bolqarıstan Baş naziri Kirill Petkov Bakıya səfər edəcək.
GunAz.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə baş nazir özü məlumat verib.
"Qaz böhranı bütün Avropada baş verib. Ona görə də mən yaxın günlərdə Azərbaycana səfər etmək niyyətindəyəm”, – Petkov vurğulayıb.
O, səfər çərçivəsində Prezident İlham Əliyevlə qaz tədarükünün artırılması məsələsini müzakirə edəcəyini bildirib.