Paşinyan İlham Əliyevlə görüşmək üçün Brüsselə gedir

Mayın 22-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel arasında üçtərəfli görüş nəzərdə tutulub.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub