MM sədri Honda Taro ilə görüşdü

MM sədri Honda Taro ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşüb. Görüşdə Azərbaycanla Yaponiya, habelə parlamentlər arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

GunAz.az xəbər verir ki, bu barədə Sahibə Qafarova Tvitter səhifəsində yazıb.

"Mayın 5-də ölkəmizdə səfərdə olan Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini cənab Honda Taro ilə görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq”, - Milli Məclisin sədri qeyd edib.


скачать dle 12.1
Geri qayıt