Mədət Quliyev direktoru işdən çıxartdı

Mədət Quliyev direktoru işdən çıxartdı

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Elektron Hesablayıcı Maşınları Zavodu" MMC-yə yeni direktor təyin olunub.

GunAz.az Yenisabah.az-a istinadən xəbər verir ki, həmin şəxs Eldar Vəliyevdir. O, zavodun rəhbərliyində Murad Allahverdiyevi əvəz edib.

 

Xatırladaq ki, "Elektron Hesablayıcı Maşınları Zavodu" SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli qərarı ilə 1986-cı ildə istismara verilib, 1993–2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib, 2006-cı ildən isə MSN-nin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 32 629 515 manatdır.


скачать dle 12.1
Geri qayıt