BMT-dən Bakı və İrəvana çağırış

BMT Bakı və İrəvanı təmkinli olmağa və ziddiyyətləri süh yolu ilə həll etməyə çağırır.
GunAz.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Fərhan Hak deyib.
"Müəyyən informasiyalar alırıq. Zorakılıq hadisəsi ilə bağlı xəbərləri narahatlıqla izləyirik. Bu xəbərləri yoxlamaq məcburiyyətindəyik”, deyə Hak bildirib.