Rusiya Çeçenistanda necə etdisə, o cür davranaq - Politoloq

Rusiya Çeçenistanda necə etdisə, o cür davranaq - Politoloq

Rusiya Birinci Çeçenistan savaşında məğlub oldu. Çeçenistan 1990-cı illərin ortalarında faktiki müstəqil idi.

GunAz.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Rusiya İkinci Çeçenistan savaşında bu cür qələbə qazanıb:

"Çeçen silahlı qruplaşmalar 1999-cu ildə Dağıstana hücum etdilər, Kreml buna cavab olaraq Çeçenistana daxil oldu, Xasavyurd sazişini cırıb atdı və bu bölgənin müstəqilliyinə son qoydu”.

Politoloqun sözlərinə görə, biz də İkinci Qarabağ savaşının qalibi kimi hərbçilərimizə qumbara atan terrorçunun əməlinə və Kəlbəcərdə davam edən atışmaya cavab olaraq həm bölgənin silahsızlandırılmasına nail olmalıyıq, həm də Laçın dəhlizinə nəzarəti birdəfəlik ələ keçirməli və bu istiqamətdə sərhəd postları qurmalıyıq:

"Bununla separatçıların silahlandırılmasının, onlara əlavə qüvvələrin göndərilməsinin və Xankəndini su yoluna döndərənlərin qarşısını almış olarıq”.


скачать dle 12.1
Geri qayıt