Əli Əsədov Fuad Oktaya təbrik ünvanlayıb

Əli Əsədov Fuad Oktaya təbrik ünvanlayıb

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuad Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.


 
скачать dle 12.1
Geri qayıt