Qarabağda bu sahələrə investisiyalar yatıracağıq - Metin

Qarabağda bu sahələrə investisiyalar yatıracağıq - Metin

Mən 4 gündür Azərbaycandayam. Bu günlər ərzində böyük heyətlə Qarabağa - Zəngilan, Cəbrayıl, Füzuli rayonlarına səfər etdik.

GunAz.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Fateh Metin iyunun 14-də Aqrar Sığorta Fondunda jurnalistlərə müsahibəsində deyib.

Sözügedən bölgədə işlərin görüldüyünü qeyd edən nazir müavini, bu ərazilərdə su, meşəçilik, kənd təsərrüfatı sahələrinə investisiyalar qoyulacağını vurğulayıb.

F.Metin, həmçinin bildirib ki, Azərbaycan və Türkiyə birlikdə Qarabağda heyvandarlıq və bitkiçilik sahəsində də əməkdaşlıq edəcək.


скачать dle 12.1
Geri qayıt