“Ərazilər bu ölkəyə verilməlidir” - SSRİ-nin məxfi sənədi YAYILDI

Yaponiyada SSRİ-nin Kuril adalarının bir hissəsini Tokioya vermək planları haqqında məxfi sənədlər yayımlanıb.
GunAz.az xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo News” agentliyi məlumat verib.
SSRİ-də 1970-ci illərin əvvəllərində hazırlanmış sülh müqaviləsinə görə, sovet tərəfi ərazi mübahisəsini dörd adadan ikisini – Şikotan və Xabomayı Yaponiyaya verməklə həll etmək imkanını nəzərdən keçirib. Belə bir qərara qarşı çıxan Çinin SSRİ və Yaponiya arasındakı münasibətləri pozmaq niyyəti barədə məlumat olduğu qeyd edilib.
Eyni zamanda, SSRİ Yaponiyadan bu ölkədə yerləşən ABŞ hərbi qüvvələri tərəfindən təcavüzə məruz qalmamaq barədə təminat istəyib. Buna baxmayaraq, Tokio dörd adanın hamısının qaytarılmasında israr edib. Nəticədə dövrün Yaponiya Baş naziri Kakueya Tanakanın SSRİ-yə səfəri zamanı sülh müqaviləsinin imzalanması mümkün olmayıb.
Yaponiyanın hazırkı Baş naziri Yoşixide Suqa Cənubi Kuril adaları ilə əlaqədar Rusiya ilə bir razılığa gələcəyini və bu problemi dialoqla həll edəcəyini vəd edib. Kremlin sözçüsü Dmitri Peskov ona cavabında Rusiyanın Kuril adalarından çıxmayacağını bildirib./teleqraf/